“Əsrin müqaviləsi”nin imzalanmasının 26-cı ildönümü və “Neftçilər günü” peşə bayramı ərəfəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyada növbəti 50-ci yanacaqdoldurma məntəqəsini (YDM) istifadəyə verib.
“Report”un məlumatına görə, yeni məntəqə xarici turistlərin və yerli sakinlərin daha çox səfər etdiyi, ölkənin əsas turizm mərkəzlərindən biri olan Sibiu regionunda açılıb. Sözügedən məntəqə bu regionda müştərilərin ixtiyarına verilən sayca 3-cü YDM-dir.
SOCAR-ın Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov bildirib ki, Rumıniyada investisiya layihələrini uğurla həyata keçirən SOCAR YDM şəbəkəsini genişləndirməkdə davam edir.
/report.az/energetika/ruminiyada-socar-brendi-altinda-50-ci-ydm-istifadeye-verildi/